Xəbərlərs

08.11.2018

Biologiya fənni üzrə hazırlıq kursu

8 noyabr 2018-ci il tarixdə, saat 08:30-da Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə hazırlıq kursunun 4-cü dərsi keçirilib.

Dərsin mövzusu “Biologiya fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında situasiya tapşırıqlarının hazırlanması və qiymətləndirmə meyarları” haqqında olmuşdur. 


  

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator N.Əliyeva mövzu ilə bağlı təqdimat etmişdir. 

  
Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 15 noyabr 2018-ci il tarixdə, saat 08:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.   


Back to News