Xəbərlərs

08.11.2018

Biologiya fənni üzrə elmi-metodiki seminar

8 noyabr 2018-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 18 iyul 2018-ci il tarixdə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 


  

Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Müzakirəsi aparılmış 7 (A variantı, 51-57 saylı, B variantı, 54, 56, 62, 64, 67, 70, 71 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 

Növbəti seminarda 15 noyabr 2018-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək. 


Back to News