Xəbərlərs

08.11.2018

Tarix fənni üzrə hazırlıq kursu

8 noyabr 2018-ci il tarixdə, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 4-cü dərsi keçirilib. 

Dərsin mövzusu “Tarix fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında yeni qiymətləndirmə vasitələrinin hazırlanması və onların formaları” haqqında olmuşdur. 

 


Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər. Moderator H.Cabbarov mövzu ilə bağlı təqdimatla çıxış edib. 

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb. 

 

Növbəti dərs 15 noyabr 2018-ci il tarixdə, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək. 


Back to News