Xəbərlərs

08.11.2018

Tarix fənni üzrə elmi-metodiki seminar

8 noyabr 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib. 

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 

 

 

Gündəlik məsələ 13 may 2018-ci il tarixdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. Müzakirəsi aparılmış 14 (A variantı, 52, 53, 55, 61-65, 68, 69, 72-75 saylı, B variantı, 53, 55, 57, 56, 60, 61, 63-66, 72-75 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 

Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.

 

Növbəti seminarda (15 noyabr 2018-ci il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 26 iyul 2018-ci il tarixdə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News