Xəbərlərs

30.11.2018

Coğrafiya fənni üzrə hazırlıq kursu

30 noyabr 2018-ci il tarixdə, saat 08:30-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə hazırlıq kursunun 6-cı dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər.

Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti dərs 7 dekabr 2018-ci il tarixdə, saat 08:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək.


Back to News