Xəbərlərs

30.11.2018

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

30 noyabr 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirildi.
Gündəlik məsələ 26 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.
Müzakirəsi aparılmış 4 (A variantı, 72-75 saylı, B variantı, 72-75 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Növbəti seminarda (7 dekabr 2018-ci il tarixdə, saat 10:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 28 oktyabr 2018-ci il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News