Xəbərlərs

30.11.2018

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

30 noyabr 2018-ci il tarixdə, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 


  
Gündəlik məsələ 28 oktyabr 2018-ci il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. Müzakirəsi aparılmış 15 tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında təhlil edilib. 

  

Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.
Növbəti seminarda (7 dekabr 2018-ci il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 13 may 2018-ci il tarixdə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News