Xəbərlərs

02.12.2018

Şirvan şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi 2018-ci il 2 dekabr tarixdə Şirvan şəhərində 16 nömrəli tam orta məktəbdə (Şirvan şəhəri, T.İsmayılov küçəsi 15) Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat, biologiya, fizika və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.


 
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.





Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış kurs iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.





Back to News