Xəbərlərs

03.12.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

3 dekabr 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 7-ci dərsi keçirilib.      

Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər. 


  

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılmışdır. 

  

Növbəti dərs 10 dekabr 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.  


Back to News