Xəbərlərs

03.12.2018

İngilis dili fənni üzrə elmi-metodiki seminar

3 dekabr 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.   

Gündəlik məsələ 20 may 2018-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 

   

Müzakirəsi aparılmış 25 (A variantı, 101-125 saylı, B variantı, 101-125 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. Müzakirə zamanı gündəlik məsələlər ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.  

  Növbəti seminarda (10 dekabr 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.



Back to News