Xəbərlərs

03.12.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

03 dekabr 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar keçirildi.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 


  

Gündəlik məsələ 28 oktyabr 2018-ci il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. Müzakirəsi aparılmış 23 tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında təhlil edilib.

Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.


Növbəti seminarda (10 dekabr 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) tapşırıqların elmi-metodiki baxımdan təhlili davam etdiriləcək.


Back to News