Xəbərlərs

04.12.2018

Kimya fənni üzrə elmi-metodiki seminar

4 dekabr 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 28 oktyabr 2018-ci il tarixdə keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 


  
Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 
 
Müzakirəsi aparılmış 30 tapşırığın hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında təhlil edilib. 
 
Növbəti seminarda (11 dekabr 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlərin çətinlik çəkdikləri mövzuların müzakirəsi aparılacaq.


Back to News