Xəbərlərs

04.12.2018

Kimya fənni üzrə hazırlıq kursu

4 dekabr 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə hazırlıq kursunun 7-ci dərsi keçirilib.


Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər. 


Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər.


Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti dərs 11 dekabr 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək. 


Back to News