Xəbərlərs

05.12.2018

Rus dili fənni üzrə hazırlıq kursu

5 dekabr 2018-ci il tarixdə, saat 12:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə hazırlıq kursunun 8-ci dərsi keçirilib.

Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub.


  

Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər.
Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər. 
 
Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti dərs 12 dekabr 2018-ci il tarixdə, saat 12:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.


Back to News