Xəbərlərs

05.12.2018

Rus dili fənni üzrə elmi-metodiki seminar

5 dekabr 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 18 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.


  

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. Müzakirəsi aparılmış 25 (A variantı, 76-100 və B variantı 76-100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. 
 
Növbəti seminarda (12 dekabr 2018-ci il tarixdə, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 26 iyul 2018-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında rus dili fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili aparılacaqdır.


Back to News