Xəbərlərs

06.12.2018

Tarix fənni üzrə elmi-metodiki seminar

6 dekabr 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin və bir neçə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri, həmçinin ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 


  

Gündəlik məsələ 26 iyul 2018-ci il tarixdə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. Müzakirəsi aparılmış 30 (A variantı, 76-90 saylı, B variantı, 77-80, 82, 85, 86-88, 90, 93, 96-98, 100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər. 

  

Növbəti seminarda (13 dekabr 2018-ci il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının təhlili davam etdiriləcək.


Back to News