Xəbərlərs

06.12.2018

Tarix fənni üzrə hazırlıq kursu

6 dekabr 2018-ci il tarixdə, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 8-ci dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər. 


  

Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildiriblər.

Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Növbəti dərs 13 dekabr 2018-ci il tarixdə, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək.


Back to News