Xəbərlərs

10.01.2019

Biologiya fənni üzrə hazırlıq kursu

10 yanvar 2019-cu il tarixdə, saat 08:30-da Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə hazırlıq kursu fəaliyyətə başladı.

1-ci dərsin mövzusu fənn kurikulumunun mahiyyəti, məqsədi və strukturu haqqında olub. 

 

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər. Moderator N.Əliyeva mövzu ilə bağlı təqdimat edib.

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Növbəti dərs 17 yanvar 2019-cu il tarixdə, saat 08:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcək.


Back to News