Xəbərlərs

09.01.2019

Fizika fənni üzrə elmi-metodiki seminar

09 yanvar 2019-cu il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 6-cı sinif “Fizika” dərsliyinin monitorinqinə aid olub. 

 

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Bakı şəhəri, 9 nömrəli tam orta məktəbin müəllimi Sona Hacılı dərsliyin məzmunu haqqında təqdimatla çıxış edib. 
 
Seminarda AMEA-nın aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Qurban Mehdiyev, “Bakı Modern Təhsil Kompleksi”nin müəllimi Nərgiz Hüseynova və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər.

Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyə hazırlanması, tövsiyənin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub.

Növbəti seminarda (16 yanvar 2019-cu il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 7-ci sinif “Fizika” dərsliyinin müzakirəsi aparılacaq.  


Back to News