Xəbərlərs

14.01.2019

İngilis dili fənni üzrə hazırlıq kursu

14 yanvar 2019-cu il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursu fəaliyyətə başladı.
1-ci dərsin mövzusu fənn kurikulumunun mahiyyəti, məqsədi və strukturu haqqında olmuşdur. 


Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.

Moderator X. Cəfərova mövzu ilə bağlı təqdimat etmişdir.
Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 21 yanvar 2019-cu il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.   


Back to News