Xəbərlərs

14.01.2019

Şəki şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi 19 yanvar 2019-cu il tarixdə saat 10:30-da Şəki şəhərində (5 nömrəli tam orta məktəb; Şəki şəhəri, Füzuli küçəsi, 4) Azərbaycan dili, fizika, biologiya, tarix, ingilis dili və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları, alman dili və fransız dili fənləri üzrə elmi-metodiki seminarlar təşkil edir.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər, elmi-metodiki seminarlarda isə müvafiq fənn müəllimləri iştirak edə bilərlər.


Back to News