Xəbərlərs

14.01.2019

İngilis dili fənni üzrə elmi-metodiki seminar

14 yanvar 2019-cu il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.  

Seminarda Bakı şəhərinin və bir neçə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri, həmçinin ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.  

Gündəlik məsələ dərsliklərin elmi-metodiki monitorinqi olub. Seminarda 250 nömrəli tam orta məktəbin müəllimi Tağıyeva Almaz 6-cı sinif üçün “İngilis dili” dərsliyinin müzakirəsinə dair təqdimatla çıxış edib.  

Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.  

Müzakirə nəticəsində dərslikdəki üst-üstə düşməyən faktlar, mübahisəli məqamlar, təlim materiallarının verilməsindəki uyğunsuzluqlar müəyyənləşdirilib. Bu qeydlər bankın təkmilləşdirilməsində və yeni tapşırıqların hazırlanmasında nəzərə alınacaq.  

Növbəti seminarda (21 yanvar 2019-cu il tarixdə, saat 11:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 7–ci sinif üçün “İngilis dili” dərsliyindəki uyğunsuzluqlara dair müzakirə aparılacaq. 


Back to News