Xəbərlərs

14.01.2019

Ədəbiyyat fənni üzrə elmi-metodiki seminar

14 yanvar 2019-cu il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 13 may 2018-ci il tarixdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlilinə aid olub.



Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Bakı şəhəri 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva test tapşırıqlarını müzakirəyə təqdim edib.


Metodist-müəllim İ.Nəbiyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru A.Mirzəyev və b. çıxış edərək gündəlik məsələlər barədə fikir və təkliflərini bildiriblər.
Müzakirə nəticəsində 50 (A variantı, 76-100 saylı, B variantı, 76-100 saylı) test tapşırığının qəbul proqramına, dərsliklərə tam uyğun olduğu, abituriyentlərin fənn üzrə bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiq olunub, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib. 

Növbəti seminarda (21 yanvar 2019-cu il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklərin elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News