Xəbərlərs

09.01.2019

Rus dili fənni üzrə elmi-metodiki seminar

9 yanvar 2019-cu il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib. 
Gündəlik məsələ 26 iyul 2018-ci il tarixdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlilinə aid olub.
 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Müzakirə nəticəsində 50 (A variantı, 1-25 saylı, B variantı, 1-25 saylı) test tapşırığının qəbul proqramına, dərsliklərə tam uyğun olduğu, abituriyentlərin fənn üzrə bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verdiyi bir daha təsdiq olunub, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları müəyyənləşdirilib. 


Növbəti seminarda (16 yanvar 2019-cu il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklərin elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News