Xəbərlərs

15.01.2019

Kimya fənni üzrə elmi metodiki seminar və hazırlıq kursu keçirilib

15 yanvar 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi metodiki seminar və hazırlıq kursunun ilk dərsi keçirilib.

Seminarda gündəlik məsələlər 8-ci sinif “Kimya” dərsliyinin və yeni üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblərin müzakirəsi olub. Hazırlıq kursunda isə ilk dərs fənn kurikulumunun mahiyyəti və strukturuna həsr edilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminar rəhbəri kimya elmləri namizədi Vəli Əliyev üç tapşırıqlı situasiyanın tərtibinə verilən tələblərə dair, AMEA-nın əməkdaşı Elşad Abdullayev isə dərsliyin məzmunu ilə bağlı təqdimatla çıxış ediblər.

Seminar iştirakçıları gündəlik məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

Növbəti seminarda müzakirələr davam etdiriləcək.

Hazırlıq kursunda moderator Səidə Hüseynova fənn kurikulumunun məzmunu, mahiyyəti və strukturuna aid təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.





Back to News