Xəbərlərs

16.01.2019

Rus dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar və hazırlıq kursu keçirilib

16 yanvar 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə hazırlıq kursunun ilk dərsi və elmi-metodiki seminar keçirilib. 

Hazırlıq kursunda moderator Viktoriya Ələkbərova fənn kurikulumunun məzmunu, mahiyyəti və strukturuna aid təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. 

Seminarda isə gündəlik məsələ 5-ci sinif “
Литература” dərsliyinin müzakirəsi olub. 

Müzakirədə Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Dərsliyin məzmunu haqqında Bakı şəhəri 
102 nömrəli tam orta məktəbin müəllimi Tatyana İşanova çıxış edib. 

Seminarda Bakı şəhəri, 72 nömrəli məktəb-liseyin müəllimi Natalya Drepina, 63 nömrəli tam orta məktəbin müəllimi Svetlana Denegina, Bakı Avropa liseyinin müəllimi Tatyana Biriç və başqaları dərsliyin məzmunu, dil və yazı üslubu, faktların elmiliyi haqqında qeyd və təkliflərini bildiriblər. 


Müzakirə nəticəsində dərslikdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyə hazırlanması, tövsiyənin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul olunub. 
Növbəti seminarda
6-cı sinif “Литература” dərsliyinin müzakirəsi aparılacaq.   


Back to News