Xəbərlərs

24.05.2019

Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları keçirilib

20-24 may 2019-cu il tarixlərində ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının növbəti dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.

 


Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi olub. Moderatorlar kurs iştirakçılarının təqdimatları barədə öz fikir və təkliflərini bildiriblər. 
Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb. 



 

Fizika fənnindən isə kalibrləmə prosesi keçirilib. 
  

Növbəti dərslərdə müzakirələr davam etdiriləcək.


Back to News