Xəbərlərs

21.06.2019

Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə müqaviləsinə əsasən ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üçün 2019-2020-ci tədris ilinə hazırlanmış dərslik komplektlərinin monitorinqi və DİM-in nəşrlərinin təkmilləşdirilməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən DİM-də 17-21 iyun 2019-cu il tarixlərində ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üçün 2019-2020-ci tədris ilinə hazırlanmış dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait)  elmi-metodiki monitorinqi aparılmışdır. Monitorinq nəticəsində hər bir dərslik komplektinə aid (Azərbaycan və rus dillərində) məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanmışdır. Həmin rəylər yaxın vaxtlarda Təhsil Nazirliyinə təqdim ediləcək.



Bu tarixlərdə həmçinin DİM tərəfindən ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə dərsliklər əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr keçirilib. Növbəti həftə müzakirələr davam etdiriləcək.


Back to News