Xəbərlərs

05.07.2019

Dövlət İmtahan Mərkəzində ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üçün 2019-2020-ci tədris ilinə hazırlanmış dərslik komplektlərinin monitorinqi və DİM-in nəşrlərinin təkmilləşdirilməsi davam edir

Ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üçün 2019-2020-ci tədris ilinə hazırlanmış dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) 1-5 iyul 2019-cu il tarixlərində elmi-metodiki monitorinqi davam etmişdir. Monitorinq nəticəsində hər bir dərslik komplekti (Azərbaycan və rus dillərində) məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanmışdır.

  
Qeyd olunan tarixlərdə DİM tərəfindən ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə dərsliklər əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr keçirilib. Müzakirəsi başa çatmış kitabçalar “Abituriyent” jurnalının redaksiyasına təhvil verilmişdir.
Həmçinin yeni layihə – imtahan fənləri üzrə məktəb dərsliklərinin mövzuları əsasında hazırlanmış qiymətləndirmə materiallarının müzakirəsi və ekspertizası aparılmışdır. Yaxın vaxtlarda bu materiallar otk.az saytında yerləşdiriləcəkdir.


Back to News