Xəbərlərs

04.10.2019

DİM-də növbəti buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına başlanılıb

30 sentyabr–4 oktyabr tarixlərində ingilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili), rus dili (xarici dil), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qrupları yaradılıb.

İşçi qrupları tərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qrupları müzakirəni davam etdirəcək.


Back to News