Xəbərlərs

09.10.2019

Rus dili (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar

9 oktyabr 2019-cu il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.


Gündəlik məsələ seminarın iş planının təsdiqi, ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış imtahanları proqramlarının müzakirəsi olub. Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər.


Növbəti seminarda (16 oktyabr 2019-cu il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) rus dili və ədəbiyyatı fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi aparılacaq.


Back to News