Xəbərlərs

09.10.2019

Rus dili (xarici dil kimi) fənni üzrə elmi-metodiki seminar

9 oktyabr 2019-cu il tarixdə, saat 15:30-da Dövlət İmtahan Mərkəzində rus dili (xarici dil kimi) fənni üzrə elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 


Gündəlik məsələ seminarın iş planının təsdiqi, ümumi (9 illik) və tam orta təhsil (11 illik) səviyyələri üzrə buraxılış imtahanları proqramlarının müzakirəsi olub. Seminar iştirakçıları gündəlik məsələ barədə çıxış edərək fikir və təkliflərini bildiriblər. 

Müzakirələr nəticəsində ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları proqramları təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. 


Növbəti seminarda (16 oktyabr 2019-cu il tarixdə, saat 15:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) rus dili fənni üzrə buraxılış imtahanlarının məzmunu üçün modelin müzakirəsi aparılacaq.


Back to News