Xəbərlərs

04.11.2019

Dövlət İmtahan Mərkəzi 08 noyabr 2019-cu il tarixdə Şirvan şəhərində qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları və Sabirabad şəhərində elmi-metodiki seminarlar keçirəcək

DİM 08 noyabr 2019-cu il tarixdə saat 09:00-da Şirvan şəhəri 13№-li tam orta məktəbdə (Şirvan şəhəri Nizami küçəsi 4) Azərbaycan dili, ingilis dili, kimya, coğrafiya, riyaziyyat və tarix fənlərindən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları keçirəcək. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər və metodistlər iştirak edə bilərlər.

08 noyabr 2019-cu il tarixdə saat 12:00-da Sabirabad şəhəri H.Əliyev Mərkəzində (Sabirabad şəhəri H.Əliyev prospekti 95) Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis və rus dili) fənlərindən elmi-metodiki seminarlar keçiriləcək. Seminarlarda İmişli, Sabirabad, Saatlı, Neftçala, Salyan, Hacıqabul rayonlarının və Şirvan şəhərinin müvafiq fənn müəllimləri iştirak edə bilərlər.


Back to News