Xəbərlərs

04.11.2019

Dövlət İmtahan Mərkəzinin 08 noyabr 2019-cu il tarixdə Sabirabad şəhərində keçirəcəyi seminarların proqramı

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2020-ci ildə tətbiqi nəzərdə tutulan modelinə dair Sabirabad şəhərində Dövlət İmtahan Mərkəzinin keçirəcəyi seminarların proqramı:

08 noyabr 2019-cu il


İclasın başlanma vaxtı: saat 12:00
İclasın keçiriləcəyi ünvan: Sabirabad şəhəri Heydər Əliyev Mərkəzi (H.Əliyev prospekti 95)

Plenar iclas


Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, DİM-in yeni layihə və nəşr işləri haqqında

Məleykə xanım Abbaszadə – Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri

Azərbaycan dili fənni üzrə seminar

1. Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli haqqında

Afiqə Batıyeva – Dövlət İmtahan Mərkəzinin şöbə müdiri

 

2. Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları proqramları, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında

Saməddin İbrahimov – TDV BTL-nin müəllimi

Riyaziyyat fənni üzrə seminar

1. Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları proqramları, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında

Aydın Qasımov – Dövlət İmtahan Mərkəzinin sektor müdiri

Xarici dil fənləri üzrə seminar

1. Buraxılış imtahanları proqramları, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında

Şəhla Musayeva – Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi, ingilis dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri
Afət Mürsəliyeva – ATMU-nun baş müəllimi, rus dili fənni üzrə ekspert


Back to News