Xəbərlərs

04.11.2019

İngilis dili fənni üzrə hazırlıq kursu

04 noyabr 2019-cu il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursunun 3-cü məşğələsi keçirilib. 

Məşğələdə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların formaları haqqında təqdimat nümayiş edilib. 
Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.  

Mövzu ilə bağlı moderator filologiya üzrə fəlsəfə doktoru N.Əliyeva təqdimatla çıxış edib.  

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  



Növbəti məşğələ 18 noyabr 2019-cu il tarixdə, saat 09:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.  


Back to News