Xəbərlərs

04.11.2019

İngilis dili fənni üzrə elmi-metodiki seminar

4 noyabr 2019-cu il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib. 

Gündəlik məsələ 2 iyun 2019-cu il tarixdə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 

Seminarın rəhbəri filologiya üzrə fəlsəfə doktoru Ş.Musayeva tapşırıqları müzakirəyə təqdim edib.   Hər bir tapşırığın aid olduğu mövzu və statistik göstəricilər əsasında elmi-metodiki təhlili aparılıb. 

Müzakirələrdə Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi G.Həsənova,  Qubadlı rayonu Xanlıq kənd tam orta məktəbin müəllimi L.Muxtarova və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.  

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. 

Növbəti seminarda (18 noyabr 2019-cu il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News