Xəbərlərs

04.11.2019

Azərbaycan dili fənni üzrə hazırlıq kursu

04 noyabr 2019-cu il tarixində Azərbaycan dili fənni üzrə hazırlıq kursunun 3-cü məşğələsi keçirilib.


Mövzu “Tapşırıqların tərtib olunmasına verilən tələblər” haqqında olub.
Fənn üzrə moderator Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov təqdimatla çıxış edib.


Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.


Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 18 noyabr 2019-cu il tarixdə, saat 15:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News