Xəbərlərs

04.11.2019

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

04 noyabr 2019-cu il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi-metodiki seminar keçirilib.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Gündəlik məsələlər:
1. 3 mart 2019-cu tarixdə ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili;
2. 2 iyun 2019-cu tarixdə ümumi (9-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsində istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva gündəlik məsələ barədə məlumat verib.
Sonra Azərbaycan dili fənni üzrə seminarın rəhbəri f.ü.f.d. prof. T.Hacıyev imtahanda istifadə olunmuş tapşırıqların təqdim olunması üçün Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi S.İbrahimova söz verib. 


 

Daha sonra S.İbrahimov imtahan blokuna daxil edilən publisistik mətni və həmin mətn əsasında tərtib olunmuş tapşırıqların hər birini müzakirəyə təqdim edib. O hər bir tapşırığın statistik göstəriciləri və hansı alt standartı yoxladığı haqqında məlumat verib. Həmçinin buraxılış imtahanının ikinci mərhələsində istifadə olunmuş dil qaydaları üzrə bilik və bacarıqları yoxlayan qapalı tapşırıqlar da müzakirəyə təqdim edilib.

Müzakirələrdə 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, 313 nömrəli məktəbin müəllimi Murad Ağayev, müstəqil ekspert Hidayət Allahverdi və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (18 noyabr 2019-cu il tarixdə, saat 13:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) tapşırıqların elmi-metodiki baxımdan təhlili davam etdiriləcək.


Back to News