Xəbərlərs

05.11.2019

Kimya fənni üzrə elmi-metodiki seminar

5 noyabr 2019-cu il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.


Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev seminarı açaraq gündəlik məsələ barədə məlumat verib.  Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün k.ü.f.d. N. Qasımovaya söz verib. 

N. Qasımova hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.


Seminarda 14 tapşırıq  (A variantı, 31-44 saylı, B variantı,  32-36,38- 43,45,49,51,52 saylı) müzakirə edilib.

Müzakirələrdə AMEA-nın əməkdaşları b.e.n.T. Güləliyev, S.Yunusov, Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbin müəllimi Z. Həsənova, R. Xudiyeva və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.


Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.


Növbəti seminarda (12 noyabr 2019-cu il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News