Xəbərlərs

06.11.2019

Fizika fənni üzrə hazırlıq kursu

6 noyabr 2019-cu il tarixində fizika fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələnin mövzusu “
Fizika fənni üzrə təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları” haqqında olub. 

Mövzu ilə bağlı fənn üzrə moderator f.ü.f.d. Əlövsət Rəcəbli təqdimatla çıxış edib. 

 

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Növbəti məşğələ 13 noyabr 2019-cu il tarixində, saat 09:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News