Xəbərlərs

06.11.2019

Rus dili fənni üzrə hazırlıq kursu

6 noyabr 2019-cu il tarixdə, saat 12:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə hazırlıq kursunun 3-cü məşğələsi keçirilib. 

Mövzu
“Qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların formaları” haqqında olub.  

Mövzu ilə bağlı təqdimat nümayiş edilib. Kursda elektron qeydiyyatdan keçənlər iştirak ediblər. 

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Növbəti məşğələ 13 noyabr 2019-cu il tarixdə, saat 12:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək. 


Back to News