Xəbərlərs

06.11.2019

Rus dili fənni üzrə elmi-metodiki seminar

6 noyabr 2019-cu il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.
Gündəlik məsələ 7 aprel 2019-cu il tarixdə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 


Seminarın rəhbəri V.Ələkbərova imtahan blokuna daxil edilən 10 qapalı test tapşırığını (verilənlərdən bir doğru cavabın seçilməsi), bədii və publisistik mətnləri və həmin mətnlər əsasında tərtib olunmuş tapşırıqların hər birini müzakirəyə təqdim edib. Həmçinin o, hər bir tapşırığın aid olduğu mövzu, statistik göstəriciləri, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.


Müzakirələrdə Bakı şəhəri 63 nömrəli tam orta məktəbin müəllimi S.Denegina, O.Alyoşkina və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (13 noyabr 2019-cu il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News