Xəbərlərs

07.11.2019

Biologiya fənni üzrə hazırlıq kursu

7 noyabr 2019-cu il tarixində biologiya fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələnin mövzusu “Tapşırıqların qiymətləndirmə meyarları” haqqında olmuşdur. 


Mövzu ilə bağlı fənn üzrə moderator Nailə Əliyeva təqdimatla çıxış edib. 
  

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti məşğələ 14 noyabr 2019-cu il tarixində, saat 08:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News