Xəbərlərs

07.11.2019

Biologiya fənni üzrə elmi-metodiki seminar

7 noyabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində saat 10:00-da biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib
Seminarın gündəlik məsələləri:
1. 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı;
2. 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, b.e.d. V.Abdıyevə 12 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların müzakirəsini davam etmək üçün söz verib. 

B.e.d. V. Abdıyev 3 tapşırıq (A variantından cavabları yazı ilə ifadə olunan 28-30 saylı 3 tapşırıqlı situasiya, B variantından 28-30 saylı) təqdim etdi. 
Daha sonra V. Balabəyov 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqları müzakirəyə təqdim etdi. 

     

Müzakirəyə təqdim edilən hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verildi. 

 
Müzakirələrdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi b.e.n. F. Ağayev, Bakı şəhəri 191 nömrəli tam orta məktəbin müəllimi R. Əliyeva, Bakı şəhəri 147 nömrəli Texniki-humanitar liseyin müəllimi A. Qəhrəmanova, Zəngi liseyinin müəllimi R. İbadov və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər. 


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq. 

Növbəti seminarda (14 noyabr 2019-cu il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News