Xəbərlərs

07.11.2019

7 noyabr 2019-cu il tarixində tarix fənni üzrə elmi metodiki seminar keçirilib

7 noyabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 19 may 2019-cu il tarixdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 

 
     

Seminarın rəhbəri t.ü.f.d. K. Məmmədov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün H. Cabbarova söz verib.

H. Cabbarov hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.

Seminarda 15 tapşırıq (A variantından 75-82 saylı qapalı, 83-87 saylı seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmək tipli açıq tapşırıqlar, 88-90 saylı situasiya tapşırıqları, B variantından isə 60, 64, 67, 74, 76-79 saylı qapalı, 83-87 saylı seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmək tipli açıq tapşırıqlar, 88-90 saylı situasiya tapşırıqlar) müzakirə edilib.

Müzakirələrdə BDU-nun kafedra müdiri M.Abdullayev, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi Q.Elşən, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin müəllimi R.Alıyev və b. qeyd və təkliflərini bildiriblər.

     

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Növbəti seminarda (14 noyabr 2019-cu il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 19 may 2019-cu il tarixdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News