Xəbərlərs

07.11.2019

Tarix fənni üzrə hazırlıq kursu

7 noyabr 2019-cu il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələdə “Tapşırıqların qiymətləndirmə meyarları” haqqında təqdimat nümayiş edilib.

 
     

Mövzu ilə bağlı fənn üzrə moderator Hafiz Cabbarov təqdimatla çıxış edib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
 
     

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Növbəti məşğələ 14 noyabr 2019-cu il tarixində, saat 12:30-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.


Back to News