Xəbərlərs

08.11.2019

Riyaziyyat fənni üzrə hazırlıq kursu

8 noyabr 2019-cu il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələnin mövzusu “Tapşırıqların qiymətləndirmə meyarları” olub.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. 

Mövzu ilə bağlı moderator r.ü.f.d. Aqşin Abdullayev təqdimatla çıxış edib. 



Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Növbəti məşğələ 15 noyabr 2019-cu il tarixində, saat 11:00-da (Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək. 


Back to News