Xəbərlərs

08.11.2019

Coğrafiya fənni üzrə hazırlıq kursu

8 noyabr 2019-cu il tarixində coğrafiya fənni üzrə hazırlıq kursunun 4-cü məşğələsi keçirilib.

Məşğələnin mövzusu “
Coğrafiya fənni üzrə tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları” olub. 

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

 

Mövzu ilə bağlı fənn üzrə moderator Bakı şəhəri 126 nömrəli tam orta məktəbin müəllimi M. Eyyubova təqdimatla çıxış edib.  

Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 

Növbəti məşğələ 15 noyabr 2019-cu il tarixində, saat 08:30-da (ünvan: Abdulvahab Salamzadə küçəsi  28, keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında) keçiriləcək.

 


Back to News