Xəbərlərs

08.11.2019

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

8 noyabr 2019-cu il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin davamı olub.

Bakı şəhəri 135 nömrəli tam orta məktəbin müəllimi R. Məmmədov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Ş. İsgəndərovaya söz verib.

 

 

Ş. İsgəndərova hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verib.

 

Seminarda 8 tapşırıq (A variantından 47-54 saylı, B variantından 35, 38, 41, 43, 45, 52, 53, 54 saylı ) müzakirə edilib.

 

BDU-nun müəllimi c.ü.f.d. Ş. Hümbətova, Bakı şəhəri 51 nömrəli tam orta məktəbin müəllimi M. Məcidov, Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi X. Nəbiyeva, Ağdam rayonu 149 nömrəli tam orta məktəbin müəllimi V. Quliyeva və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.

 Seminarda Bakı şəhərinin və Abşeron rayonunun ümumtəhsil, ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

 Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Növbəti seminarda (15 noyabr 2019-cu il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News