Xəbərlərs

08.11.2019

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

08 noyabr 2019-cu il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 02 iyun 2019-cu il tarixində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsində istifadə edilmiş bir variant üzrə tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.


Seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. O bildirib ki, hər bir tapşırıqla məzmun standartlarında nəzərdə tutulmuş bilik və bacarıqları yoxlamaq və qiymətləndirmək mümkün olub.

Daha sonra f-r.e.d. M. Yaqubov tapşırıqları müzakirəyə təqdim etmək üçün AMEA-nın əməkdaşı  P. Bayramova söz verib.

P. Bayramov imtahan blokuna daxil edilən 30 qapalı  (verilənlərdən bir doğru cavabın seçilməsi) tipli tapşırığın hər birini müzakirəyə təqdim etdi. Həmçinin o, hər bir tapşırığın aid olduğu mövzu, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standartı yoxladığı haqqında məlumat verib.



Müzakirələrdə BDU-nın müəllimi r.ü.f.d E. Ağayev,  Bakı şəhəri 102 nömrəli məktəbin müəllimi M. Həmişəyeva, f-r.e.n. N. Kərimov və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (15 noyabr 2019-cu il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı)
7 aprel 2019-cu il tarixində keçirilmiş ümumi (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanınında  istifadə olunmuş bir variant üzrə tapşırıqların statistik göstəricilər əsasında elmi-metodiki baxımdan təhlili aparılacaq.


Back to News